İtaliyanın Baş naziri ABŞ Prezidenti ilə görüşəcək

İtaliyanın Baş naziri ABŞ Prezidenti ilə görüşəcək İtaliyanın Baş naziri Mario Draqi mayın 10-da Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
Görüşdə İtaliya ilə ABŞ arasındakı tarixi dostluq, güclü tərəfdaşlıq, ikitərəfli və transatlantik əlaqələrin nəzərdən keçiriləcəyi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi ilə mübarizə və Ukraynaya dəstək tədbirlərinə dair müzakirələrin aparılacağı bildirilib.
İki lider regional məsələləri, eləcə də iyunda keçiriləcək G7 və NATO sammitlərinə hazırlıq işlərini də müzakirə edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər