ABŞ Prezidenti Polşada amerikalı əsgərlərlə görüşəcək

ABŞ Prezidenti Polşada amerikalı əsgərlərlə görüşəcək ABŞ Prezidenti Co Bayden Polşaya səfəri çərçivəsində amerikalı əsgərlərlə görüşəcək və dünya ictimaiyyəti üçün vacib olan nitq söyləyəcək.
Bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau İsveçin xarici işlər naziri Ann Linde ilə birgə mətbuat konfransında bildirib.
Daha əvvəl Ağ Evin verdiyi məlumata görə, Co Bayden martın 24-də NATO-nun növbədənkənar sammitində və G7 görüşündə iştirak edəcək, həmçinin Avropa Şurasının planlaşdırılmış sammitinə qoşulacaq. ABŞ Prezidenti martın 25-də Polşaya yola düşəcək, martın 26-da Polşa Prezidenti Andjey Duda ilə danışıqlar aparacaq.
Fevralın ortasında iki həftə ərzində NATO-nun şərq cinahının möhkəmləndirilməsi məqsədilə Polşanın cənub-şərqinə ABŞ hərbçiləri texnika və avadanlıqlarla birlikdə gəliblər. Birinci qrupda 1700 nəfər, ikinci qrupda 3 min nəfər olub. Onların gəlişinə qədər Polşada NATO və ikitərəfli əməkdaşlıq çərçivəsində təqribən 5 min amerikalı əsgər olub.

Tehsil-press.az




Oxşar xəbərlər