Beynəlxalq təchizat zəncirinin rəqəmsallaşdırılması barədə təqdimat olub

Beynəlxalq təchizat zəncirinin rəqəmsallaşdırılması barədə təqdimat olub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin Orta Şərq Texniki Universitetinin professoru Kürşat Çağıltay “Technology Enhanced Learning Projects” və Litvanın Vilnüs şəhərində yerləşən “Forrester Research Partner in Baltic countries and Belarus” şirkətinin idarəçi partnyoru Valeri Virkovski beynəlxalq təchizat zəncirinin rəqəmsallaşdırılması barədə təqdimat keçiriblər.
Təqdimatlardan sonra müzakirələr aparılıb. AMEA-nın Yüksək Texnologiyalar Parkının nəzdində “İnsan kompüter əlaqələri” adlı laboratoriyanın yaradılması və uyğun sahə üzrə mütəxəssislərin müvafiq universitetlərdən cəlb olunması tövsiyə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər