AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) icraçı direktoru Zaur Nəhmətov Belarusun Minsk şəhərində keçirilən “MDB-yə üzv dövlətlərin alimlərinin III Forumu”nda iştirak edib.
Səfər çərçivəsində Belarus Milli Elmlər Akademiyasının İdentifikasiya Sistemləri Mərkəzində texniki direktor Qennadi Volnisti və onun müavini Aleksandr Reşetnyak ilə görüş keçirilib. Görüş zamanı mərkəzdə aparılan innovativ tədqiqatlar, identifikasiya texnologiyaları və bu texnologiyaların elektron ticarətdə istifadə imkanları barədə məlumat verilib, eləcə də mərkəzdə yeni yaradılmış elektron identifikasiya vasitələrinin Azərbaycanda tətbiqi, AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri ilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru Sergey Lemeşevskiy ilə görüş keçirilib.
Görüşdə Riyaziyyat İnstitutunda son illərdə əldə edilmiş nailiyyətlər, AMEA YT Park ilə qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Forum çərçivəsində Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında “İnnovativ elmi tədqiqatlar” mövzusunda dəyirmi masa keçirilib. AMEA YT Parkın icraçı direktoru tədbirdə “Elmi-texniki tərəqqi və innovativ inkişaf dövlət strategiyasının prioritetləri kimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, son zamanlar ölkəmizdə yüksək texnologiyaların inkişafına prioritet sahələrdən biri kimi xüsusi diqqət yetirilir. Bu məqsədlə Azərbaycanda ölkənin innovativ inkişafının stimullaşdırılmasına yönələn dövlət strategiyaları, proqramlar qəbul edilib. Ölkədə innovasiya-texnologiya mərkəzləri, biznes-inkubatorlar, texnologiyaların transferi, elmi işlərin kommersiyalaşdırılması istiqamətlərinin inkişafına dövlət tərəfindən dəstək verilir. Bu gün Azərbaycanda texnoparkların təşkili informasiya texnologiyaları sənayesinin əsas inkişaf istiqaməti kimi müəyyənləşdirilib. AMEA son illərdə elm, istehsal və sahibkarlığın birgə inkişafı yoluna qədəm qoyub. AMEA nəzdində YT Parkın yaradılması elmi, innovativ layihələrin dəstəklənməsini, elmin kommersiyalaşdırılmasını nəzərdə tutur.
Forum çərçivəsində, həmçinin Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Qırğız və Tacikistan respublikalarından olan nümayəndə heyətləri ilə görüşlər təşkil edilib.
Belarus Yüksək Texnologiyalar Parkında qurumun direktor müavini Kiril Zaleski və texnoparkın Qlobal Kooperasiya ofisinin direktoru Lyubov Mayorova ilə görüş keçirilib. Görüşdə Belarus Yüksək Texnologiyalar Parkının tarixi və bu günü, imkanları, innovativ layihələr, tətbiq edilən güzəştlər, rezidentlər, statistik göstəricilər barədə məlumat verilib. AMEA YT Park və Belarus Yüksək Texnologiyalar Parkının əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.
Görüşdə AMEA YT Parkın fəaliyyətini əks etdirən geniş təqdimat nümayiş olunub, görülmüş işlər barədə məlumat verilib.
Sonda Belarus Yüksək Texnologiyalar Parkında hazırlanmış innovativ məhsullara baxış keçirilib, texnoloji yeniliklər nümayiş etdirilib.
Tehsil-press.az