Çikaqoda pandemiyadan zərər çəkmiş ailələrə hər ay 500 dollar ödənilməsi proqramı işə salınıb

Çikaqoda pandemiyadan zərər çəkmiş ailələrə hər ay 500 dollar ödənilməsi proqramı işə salınıb Çikaqoda yaşayan və koronavirus pandemiyasından zərər çəkmiş ailələr maddi yardım ala biləcəklər. Bunun üçün gəlirləri aşağı olan insanlar onlara hər ay 500 dollar ödənilməsi barədə yeni şəhər proqramında iştirak etmək üçün ərizə verməlidirlər.
Təxminən 5 min aztəminatlı ailə bir il ərzində yardım alacaq. “Chicago Resilient Communities” pilot proqramı şəhər soveti tərəfindən 2022-ci il üçün “Lightfoot” büdcə planı çərçivəsində təsdiq edilib. Proqram üzrə nəzərdə tutulan 16,7 milyard dollardan 31,5 milyon dolları gəlirləri aşağı olan 5 min ailəyə bir il ərzində hər ay 500 dollar ödənilməsinə yönəldiləcək. Proqram COVID-19 pandemiyası ilə əlaqədar maliyyələşdirilir. Ailələrə Dəstək Departamentinin komissarı Brendi Knazzenin sözlərinə görə, belə ailələrə həqiqətən bu kömək lazımdır. Koronavirus epidemiyası başlayana qədər Çikaqonun işləyən sakinlərinin 44%-i mənzil icarəsi, geyim və yemək almaq, həmçinin kommunal xidmətlərin ödənişi kimi əsas ehtiyaclarını təmin edə bilmirdilər.
Bu şəhərdə ən böyük aylıq proqramlardan biri həyata keçirilir, lakin yardım almaq barədə müraciət etmək üçün, müəyyən tələblərə uyğun olmaq lazımdır. Məsələn, müraciət edən şəxs Çikaqoda azı bir il yaşamalı, onun yaşı 18-dən yuxarı olmalı, COVID-19 pandemiyası səbəbindən maliyyə çətinlikləri ilə üzləşməli və 3 nəfərlik ailənin gündəlik gəliri 57,575 dollardan az olmalıdır. Knazzenin sözlərinə görə, aztəminatlı ailələrə birbaşa ödəmələr - onların pullarını əsas ehtiyaclarının təmin olunmasına xərcləməyə kömək etməyin səmərəli metodudur. 2020-ci və 2021-ci illərdə aparılmış tədqiqatlar göstərib ki, vəsaitlərin ailə təsərrüfatının idarə olunmasına sərf edilməsi bir sıra müsbət nəticələrə gətirib çıxarır. Xüsusi halda, uşaqların zehni sağlamlığı yaxşılaşır, işsizlik və uşaqların yoxsulluğu dərəcəsi azalır.
Proqram qeydiyyatda olmayan, evsiz insanları, veteranları və gəlirləri aşağı səviyyədə olan ailələri əhatə etməlidir. Çikaqo maddi yardım göstərilməsinin idarə edilməsi üçün GiveDirectly beynəlxalq qeyri-kommersiya təşkilatına və Denverdəki AidKit texnologiya platformasına üstünlük verib.

Tehsil-press.az


Oxşar xəbərlər