Təhsil Nazirliyi ehtiyacı olan 210 ailəyə ərzaq yardımı edib

Təhsil Nazirliyi ehtiyacı olan 210 ailəyə ərzaq yardımı edib Təhsil Nazirliyi tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə, həmçinin tək yaşayan yaşlı insanlara yardım aksiyası davam etdirilir.
Bu günədək Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyası, Bakı şəhəri Nəsimi və Nizami rayonlarında, eləcə də digər ərazilərdə yaşayan köməyə ehtiyacı olan aztəminatlı və tək yaşayan ahıl şəxslər olmaqla ümumilikdə 210 ailəyə ərzaq yardımı paylanılıb.
Qeyd edək ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranan, ehtiyacı olan insanlara dəstək göstərməkdir.
Yardım aksiyası növbəti həftələrdə də davam etdiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər