Paytaxt mətəbliləri gələcəyin peşələrinə elə məktəbdəcə yiyələnirlər
Artıq üçüncü ildir ki, ümumi orta təhsil bazasında təhsilalanlar müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnir, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanırlar. Bu proses xüsusi peşəkarlıqla idarə olunmaqla yanaşı, şagird və valideynlər tərəfindən də yüksək maraqla qarşılanır. Üstəlik, nəinki akademik göstəriciləri zəif olanlar, həm də bütün fənlər üzrə təhsildə fərqlənən, gələcəklə bağlı böyük planlar quran və hər hansı peşəyə çıxış yolu deyil, əlavə bacarıq kimi baxan çoxsaylı məktəblilərin də diqqətini çəkir. Bunun nəticəsidir ki, 2021-2022 tədris ilində təşkil edilən peşə təmayüllü siniflərin sayı 124-ə çatıb. Hazırda 80 məktəbdə 4 ixtisas profili üzrə 2200 şagird təhsil alır. Peşə təmayüllü siniflərin fəaliyyətə başladığı ilk təhsil müəssisəsindən birində - Bakı şəhəri Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbdəyik.1269 şagirdin təhsil aldığı məktəbin reytinq göstəriciləri də yüksəkdir - Xəzər rayonu üzrə 30 məktəb arasında birinci! Üç ildir ki, qazandığı bu mövqeyini qoruyan məktəb uğurları sırasına ayrı-ayrı peşələr üzrə əldə etdikləri nailiyyətləri də əlavə edib.
Məktəbi onların əl işi bəzəyir
Məktəbə daxil olan andan uğurun izinə düşüb gedirsənmiş kimi hiss edirsən. Ağaclardan səliqə ilə asılan rəngarəng və müxtəlif dizaynlı quş yuvaları məktəb şagirdlərinin, sadəcə əllərindəki qabiliyyətin deyil, hər birinin ürəyindəki mərhəmətin də göstəricisidir. Həmin mərhəmətli, yardımsevər qrup X siniflərdən təşkil edilib.
Onları xarakterizə edən başqa bir üstünlük, həm də akademik göstəriciləridi. Məktəbin direktoru Könül Məmmədli “Azərbaycan müəllimi”nə bildirib ki, ötən tədris ilini uğurla başa vuran şagirdlərin arasında 4 nəfəri xüsusilə fərqlənib. Böyük əksəriyyəti buraxılış imtahanlarını uğurla keçib. Buna baxmayaraq, onlar gələcəyin peşələrinə məktəbdəcə yiyələnməkdə qərarlıdırlar.
Bu yerdə xatırladaq ki, X sinif şagirdlərindən təşkil edilən peşə təmayüllü sinifdə bir yarımqrup mebel quraşdırma ustası, digər yarımqrup aşpaz köməkçisi ixtisasına yiyələnir.
Usta köməkçisi olmağa qərar verənlər mebel quraşdıra bilmək, heç olmasa, lazım gələndə evin əşyalarını təmir etmək üçün usta əlinə baxırlar. Yalnız oğlanlardan ibarət olan bu qrup bu gün gecə lampası düzəltmək üçün işə başlayıb.
Qrupun fəal usta köməkçilərindən olan Fuad Məmmədov deyir ki, həm evdə, həm də məktəbdəki əşyalara usta toxunuşu lazım gəlir. Belə vaxtlarda bu bacarığı, sadəcə onun yox, hamının işinə yarayacaq: “Mehman müəllim bizi yaxşı öyrədir. Artıq çox şey bacarırıq. Halbuki indiyə qədər bir mismar da çalmamışdıq. Amma indi əl işlərimizlə sərgilərdə təmsil olunuruq. Emalatxanamızdakı əl işlərinin hamısını özümüz düzəltmişik”.
Qrupun usta-müəllimi Mehman Babayev 3 ildir məktəbdə sınmış mebelləri bərpa etməyi, hətta yenisini düzəltməyi öyrədir şagirdlərinə: “25 ildir mebel ustasıyam. Bu illərdə qazandığım təcrübəyə əsaslanaraq indi şagirdlərə ustalıqda vacib olanları öyrədirəm. İşə həvəslə yanaşmağın üstünlüyünü, onu səbrlə başa çatdırmağın önəmini başa salmağa çalışıram. Uşaqlarla işləmək çox maraqlıdı. Onlar öyrəndikcə mən də həvəslənirəm. Artıq nailiyyətlərimiz də var. Qatıldığımız yarış və sərgilərin birincisi biz oluruq”.
Mehman ustanın sözlərinə görə, məktəbdə ustaya ehtiyac olanda köməkçilərini göndərir: “Aralarında yaxşı mebel ustası olacağını düşündüyüm uşaqlar var”.
Emalatxana da şagirdlərin əl işləri ilə zəngindir. Ən cəlbedici olanlardan biri “Şuşa qalası”dı. Onların sırasına bu gün biri də əlavə olundu: gecə lampası. Lampanın işığını yandıran şagirdlərin bir ismarıcı var. Deyirlər ki, məktəbdə öyrəndikləri ilə hələ çox evlərdə işıq yandıracaqlar.
Aşpazlar salat hazırlayırlar
X siniflərdən təşkil olunan aşpaz köməkçisi qrupunda baş-başa verib salat hazırlayırlar. Ustalardan fərqli olaraq, aşpaz köməkçiləri arasında həm qızlar, həm də oğlanlar var.
Aşpazların əkizi Həsən və Hüseyn Əliyev qardaşları həvəsli görünürlər. İkisi də yemək bişirməkdən zövq alır. Həsən iddia edir ki, qrupda yemək bişirmək ən çox onun xoşuna gəlir. Çox da ki, gələcəkdə yaxşı kompüter mühəndisi olmaq niyyətindədir. Bu ki, onun dadlı yeməklər bişirib yeməyinə mane olmur: “Yaxşı aşpaz olub dadı insanların damağında qalacaq yeməklər bişirməyə iddialı deyiləm. Ancaq yemək bişirə bilməyin evdə və həyatda üstünlüyünü bilirəm. “Yeməyi evdə illah da qadınlar bişirməlidir”,- deyə düşünənlərlə razı deyiləm. Ona görə də məktəbimizdə yaxşı yemək bişirməyi öyrənmək üçün yaradılan imkandan yararlandım. Aşpazlığa əlavə bacarıq kimi baxıram. Əsas fənləri də axsatmadan öyrənirəm”.
Bildiyi, öyrəndiyi yemək reseptlərinin siyahısına hər həftə yenisi əlavə olunur. Dediyinə görə, salatlar və dadlı sandviçlər hazırlamağı bacarır: “Hazırladığım klub sandviçini ustamız çox bəyəndi”.
Aşpazlıqla ancaq X sinifdə məşğul olacaq. XI sinifdə ona başqa iki ixtisasdan birini seçmək təklif ediləcək. O da dərziliyi yox, İKT proqram istifadəçisi qrupunu seçəcək.
Onun əkiz tayı Hüseyn məktəbdə peşə təmayüllü sinfi seçənə qədər də evdə özünə pomidor-yumurta, qayğanaq kimi yeməklər bişirib: “Valideynlərim işləyir. Evdə tez-tez özümə yemək hazırlamaq məcburiyyətində qalıram. Bu şansı qaçıra bilməzdim”.
Surac Babazadənin sözlərinə görə, məktəbli yetirmələri evdə əllərinə keçən ərzaqdan, əsasən salatlar hazırlayıb şəklini ona göndərirlər. Necə deyərlər, həvəs də var, həvəsi bacarığa çevirəcək usta da. Belə ki, Surac Babazadə yeməklərə öz imzasını qoyanlardan biridir. Məşhur restoranların aşpazı olub. İndi öz restoranları, peşəkar aşpazları, hətta peşəkar olmaq istəyən yetirmələri var. İşinin çoxluğu həftənin 2 gününü məktəbli aşpazlarla keçirməyinə mane olmur: “İkinci ildir ki, burda şagirdlərlə işləyirəm. Öyrətmək mənim üçün yeni iş deyil, ancaq şagirdlərlə işdən xüsusi zövq alıram. Muvafiq proqram əsasında onlara yemək hazırlamağı öyrədirəm”.
Surac usta deyir ki, hazırlanan proqrama əsasən, əvvəlcə şagirdlərini mətbəxlə, buradakı əşyalarla, xüsusən təhlükələrlə nəzəri cəhətdən tanış edib: “Mətbəxdəki əşyalarla işləməyi öyrəndilər, indi yeməklər hazırlayırıq”.
Usta, yoxsa dərzi işi?
Mebel ustalarının əl işi məktəbi bəzəyirsə, dərzilərin əl işi də ustaların işini, aşpazların geyimini tamamlayır. Yəqin düşündünüz ki, dərzi hardan çıxdı?!
Dərzi köməkçilərini də 234 nömrəli tam orta məktəb hazırlayır. Ancaq onlar X yox, XI sinifdə oxuyurlar. Bir yaş böyük olsalar da, mebel ustası köməkçiləri ilə çox ortaq iş görüblər. “Dərziylə ustanın nə ortaq işi?” - deməyin. Nəinki qrupu, hətta sinfi ayrı olan bu uşaqlar birgə elə işlər görüblər ki... Məsələn, əvvəlcə oğlanlardan ibarət mebel ustaları “zəmin” hazırlayıb, sonra qızlardan ibarət tikiş-toxuma ustaları həmin bünövrəyə naxış vuraraq bir növ öz imzalarını qoyublar. Dərzilər təkcə mebel ustalarının işini bəzəməyiblər. Direktor K.Məmmədli aşpazların baş geyiminin də dərzilərin əl işi olduğunu bildirib: “Dərsdə istifadə edilən hər şey, o cümlədən şagirdlərin geyimi layihə tərəfindən təmin edilir. Baş geyimlərini aşpazlara dərzi qrupu tikib hədiyyə edib”.
Söz ki, dərzilərdən düşdü, onların qrupuna da baş çəkək.
Dərzi köməkçisi ixtisasına yiyələnən XI sinif şagirdlərindən hər biri bu işə maraq göstərir. Bacı Məmmədova deyir ki, dərslərdə toxumanı da öyrənməyə başlayıb. Fatimə isə 45 dəqiqə keçən dərs prosesindən uzaqlaşaraq çox maraqlı vaxt keçirdiklərini, həm əyləndiklərini, həm də öyrəndiklərini deyir.
Dərziliyi onlara öyrədən Təhminə Qurbanova üçün də bu dərslər elə uşaqlar üçün olduğu qədər maraqlıdı. Ötən il proqram üzrə geyimləri özü tikib, prosesi videoya çəkib, şagirdləriylə paylaşıb. Bu yolla pandemiya şəraitində vəziyyətdən çıxmağa çalışıb. Çıxıb da. Ötən il qrupundakı 8 şagird imtahanlardan uğurla keçərək dərzi köməkçisi sertifikatı alıb.
Onbirincilərdən ibarət peşə təmayüllü sinfin ikinci yarımqrupu kompüter həvəskarlarından ibarətdir. İKT proqram istifadəçisi qrupu da 10 nəfərdən təşkil olunub. Qrupun müəllimi Sadiq Ələkbərovdur. Məktəb direktoru onların da uğurlarını qürurla dilə gətirir: “Bakı şəhəri üzrə bu layihənin fəaliyyət göstərdiyi məktəblərdə müsabiqə keçirildi və məktəbimiz İKT üzrə birinci oldu”.
Məktəblilərin əl əməyi, göz nuru
Yeri gəlmişkən qeyd edək ki, peşə təmayüllü siniflərdə peşələr üzrə usta-müəllimlər həmin sahələrin mütəxəssisləridir və onlar layihəyə müsahibə əsasında qəbul edilir, müqavilə ilə fəaliyyət göstərirlər. İlin sonunda nəticələri ürəkaçan olmayanlarla əməkdaşlıq dayandırılır. 234 nömrəli tam orta məktəbin təcrübəsində də belə fakt var: “Şagirdlərin nəticələri mütləq nəzərə alınır. Bir il bizdə kombi-kondensioner ustası köməkçisi ixtisası vardı. Artıq bu ixtisası mebel quraşdırma ustası əvəz edir. Dərzi köməkçisi və aşpaz köməkçisi üzrə ötən il məzunlarımızın çoxu yaxşı nəticələr göstərdi. Hətta şagirdimiz Mehrac Quliyev yemək bişirmək həvəsi və istedadı ilə təcrübədə olduğu restoranın diqqətini cəlb etdi. Artıq Mehraca iş təklif olunub. Təcrübədə olduğu restoran məktəbi bitirən kimi onu işə götürəcək. Bütün sərgi və tədbirlərimizdə çox fəal iştirak edən bu şagirdimizin uğurlu aşpaz olacağına əminik. İKT üzrə ötən il nəticələrimiz uğursuz olduğu üçün mütəxəssislə yollarımızı ayırdıq. İndiki müəllimimiz Sahib Ələkbərovla yeni müqavilə bağlandı və artıq müsbət nəticələrimiz də var”.
K.Məmmədli peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət sərgi və satışlardan da danışıb. İlk tədbirdə 783 manat, Bakı Şəhəri üzrəTəhsil İdarəsinin tabeliyində olan 15 məktəbin qatıldığı ikinci tədbirdə isə 1166 manat Yaşat Fonduna köçürülüb: “Bəlkə məbləğ olaraq bu, çox azdır. Ancaq şagirdlərimizin əl əməyinin məhsulu olduğunu nəzərə alsaq, məncə, bu, çox qiymətlidir. Biz bu yolla şagirdlərimizə bir iş üçün əmək sərf etməyi, əməyi ilə başa gətirdiyi həmin işdən gəlir əldə etməyi, həmin gəliri isə xeyriyyə məqsədilə xərcləməyi öyrədirik. Həm yaratmağı, həm qazanmağı öyrədir, həm də mərhəmət hissini inkişaf etdiririk. Bu prosesin nəticəsində onların özlərinə inamı da artır. Keçirilən sərgi satış yarmarkası ilə qarşımıza qoyduğumuz məqsədə çatdıq. Şagirdlərin yarmarkaya hazırlaşarkən, yarmarkada satış və ondan sonrakı prosesdə biri-biriylə yarışdığını gördük. Onlar bir yerdə işləməyi öyrəndilər. İşləyərkən həm də bir-biriylə yarışdılar. Birgə iş qabiliyyətini də, sağlam rəqabət hissini də formalaşdırmağa çalışırıq. Sinfi, qrupları, ixtisasları fərqli olan şagirdlərimizin birgə işi nəticəsində ortaya çıxan əl işləri, sözün əsl mənasında, onların həmrəyliyini göstərdi”.
Layihə uğurla davam edir
Peşə təmayüllü siniflərin qrup rəhbəri Rəşad Rəhimov uğurla davam edən layihədə yeniliklər olduğunu deyib: “X sinifdə mebel quraşdırma ustası, aşpaz köməkçisi, XI sinifdə isə İKT proqram istifadəçisi və dərzi köməkçisi qrupu fəaliyyət göstərir. Bu ildən layihə çərçivəsində STEAM dərsləri də keçirilir. Artıq şagirdlərimiz nəinki 3D printeri ilə tanış olub, ilk əl işlərini də ortaya qoyublar. Bundan əlavə, şagirdlərə əsas səriştələr fənni də tədris edilir ki, burada sahibkarlıq, peşə etikası, mədəni özünü ifadə qaydaları öyrədilir”.
R.Rəhimovun sözlərinə görə, sürücülüyə həvəs göstərən şagirdlər aprel ayından dərslərə başlayacaq. Onlar könüllülük əsasında təmayüllü sinfin şagirdləri arasından seçiləcək. Məktəbdə nəzəri hissə, peşə məktəblərindən birində təcrübə keçəcəklər. Kursu uğurla başa vuranlar şəhadətnamə alacaqlar.
Beləliklə, layihə uğurla davam edir. Ölkə üzrə ilk qoşulan 20, Bakı şəhəri üzrə isə 5 məktəbdən biri olan 234 nömrəli tam orta məktəb üçün layihənin çətinliyi arxada qalıb. Direktor K.Məmmədlinin sözlərinə görə, peşə təmayüllü siniflər start götürdüyü vaxtlardakı kimi, valideynlərin tərəddüdlə baxdığı yenilik deyil: “Peşə təmayüllü siniflərin məqsədi düzgün anlaşılmırdı. Valideynlər uşaqların təhsilə bu siniflərdə davam etməsinə tərəddüdlə yanaşır, bunu onların məktəbdən uzaqlaşdırılması kimi dəyərləndirirdilər. Biz onları bu sinifdə təhsilin uşaqlarına nəinki əlavə bacarıqlar qazandıracağına, həm də ali məktəbə qəbul stresini də azaldacağına inandırdıq”.
Nəticə ürəkaçandı. IX sinfi bitirənlər arasında peşə təmayüllü siniflərdə davam etmək istəyənlərin sayı artır. Onlar yalnız oxumaq istəməyən, məktəbi bitirəndə əlində bir peşəsi olmasına çalışanlar deyil, biliklə yanaşı, həm də bir peşə bacarığı olmağını istəyənlərdi.

Ruhiyyə DAŞSALAHLI