Bu il peşə təmayüllü siniflərin sayı 35-ə çatdırılacaq.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili müəssisələrinə qəbulla bağlı təşkil olunan canlı yayımda deyib. O bildirib ki, 2019-2020-ci tədris ilində ölkə üzrə 20 ümumtəhsil məktəbində 20 peşə təmayüllü sinif yaradılıb. Cari tədris ilində isə 15 yeni peşə təmayüllü sinif yaradılacaq.
Xatırladaq ki, peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
Tehsil-press.az