Ötən ay ərzində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində intellektual mövzuda 122 sosial layihə reallaşdırılıb.
Lyihələrdə 67 məktəbi əhatə etməklə ümumilikdə 2064 şagird iştirak edib.
Xatırladaq ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan, 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayan “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Eyni zamanda, təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin olunmasıdır.
Tehsil-press.az