2021-2022-ci tədris ilində 50 məktəbdə peşə təmayüllü siniflərin sayının 85-ə, şagirdlərin sayının isə 1700-ə çatdırılması planlaşdırılır.
Həmçinin 35 ümumi təhsil müəssisəsində 700 şagird üçün “Sürücülük” modulunun və STEAM (Science, Technology, Engineering, Art və Math) metodologiyasının tətbiqi nəzərdə tutulur.
Xatırladaq ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.
Tehsil-press.az