Azİİ e-Kitab Evində Ulu Öndərə həsr edilmiş kitab sərgisi

Azİİ e-Kitab Evində Ulu Öndərə həsr edilmiş kitab sərgisi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Dahi rəhbər Heydər Əliyev” adlı kitab sərgisi təşkil olunub.
50-dən çox kitabın yer aldığı sərgidə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüşün necə yarandığını əks etdirən kitablar və digər nəşrlər yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər