Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan kitab sərgisi təşkil edilib.
Sərgidə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin ölkəni parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtarmasından bəhs edən kitablar təqdim olunub. Sərgidə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi və mədəni həyatındakı hadisələri əks etdirən 50 nüsxə kitab və digər nəşrlər yer alıb.
Milli Qurtuluş Gününə həsr olunan sərgi Azİİ Elektron Kitab Evinin feysbuk səhifəsində də təqdim olunub.
Tehsil-press.az