Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) XV konfransı keçirilib.
Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan plenar iclas təşkil edilib.
Filialın direktoru riyaziyyat elmləri doktoru, dosent Rafiq Rasulov Ulu Öndərin Azərbaycanda elm və təhsilin inkişafına göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O, tələbələrin elmi yaradıcılıq qabiliyyətlərinin və bacarıqlarının formalaşdırılmasında TEC-in rolu və əhəmiyyətini xüsusi vurğulayıb.
Konfransda filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev “Ali məktəb tələbələrinin tədqiqat işlərinin xüsusiyyətləri və struktur elementləri” mövzusunda məruzə edib. Məruzəçi tələbələrdə tədqiqatçılıq kompetensiyalarının formalaşdırılması texnologiyası, müstəqil və yaradıcı fəaliyyət bacarıqlarının, elmi araşdırmaların aparılmasının elmi-metodoloji və metodiki prinsipləri, tədqiqat işlərinin yerinə yetirilməsində istifadə olunan vasitələr, elmi mənbələr, elmi işlərin mərhələli və sistemli tərtibi texnologiyaları və s. haqqında məlumat verib.
Sonra filialın I kurs tələbəsi Billur Mahmudovanın təqdimatında “Heydər Əliyev - müstəqil Azərbaycan Respublikasının baş memarı” və IV kurs tələbəsi Heyran Aslanovanın təqdimatında “Qarabağ zəfərinin əsrarəngiz texnologiyası” mövzusunda elmi-tədqiqat işi dinlənilib.
Konfrans işini 5 bölmədə davam etdirib. Bölmələr üzrə ən yaxşı tələbə elmi işlərinin I, ll və lll dərəcəli diplomlarla mükafatlandırılması və may ayının sonunda ADPU-da keçiriləcək tələbə elmi konfransında iştirak üçün təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, XV tələbə elmi konfransına filialda 9 ixtisas üzrə təhsil alan 85 tələbənin tədris ili ərzində yerinə yetirdikləri müxtəlif mövzularda elmi araşdırmaların nəticələri təqdim olunub.
Tehsil-press.az