Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.
Universitetin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan iclasdan öncə iştirakçılar ADPU-nun fakültə və filialları, Pedaqoji Kollec, həmçinin müvafiq elmi-təşkilati strukturların fəaliyyətini əks etdirən elmi əsərlərdən ibarət sərgi ilə tanış olublar.
İclasın əvvəlində universitetin əməkdaşları Mələk Məmmədova və İradə Kərimovaya dosent attestatları təqdim edilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən ilin universitet üçün əlamətdar olduğunu deyib. Rektor bildirib ki, elmi-innovativ inkişaf, beynəlxalq əməkdaşlıq, infrastrukturun və təhsil keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli irəliləyiş əldə edilib.
Daha sonra elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov ADPU-nun 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə geniş hesabatla məruzə edib. Məruzəçi bildirib ki, ötən il universitetdə 742 əməkdaş elmi-tədqiqat işlərinə cəlb edilib, 54 istiqamətdə, 83 problem, 425 mövzu üzrə tədqiqat aparılıb, 65 iş tədris prosesində tətbiq olunub. Elmi tədqiqat işlərinin nəticələri əsasında 33 monoqrafiya, 20 dərslik, 70 dərs vəsaiti, 197 proqram və metodik vəsait, 686 məqalə (32-si impakt faktorlu jurnalda) və s. çap olunub, habelə əməkdaşların elmi əsərləri müsabiqələrə təqdim edilib. ADPU-nun 7 dövri-elmi jurnalı yüksək elmi və poliqrafik səviyyədə müntəzəm nəşr olunub.
Professor A.Zamanov diqqətə çatdırıb ki, ali təhsil müəssisəsində bütün elmi strukturlarda gəncləşdirmə işləri aparılır və ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurası vasitəsilə gənc tədqiqatçıların fəaliyyəti əlaqələndirilir. Tədqiqatları stimullaşdırmaq məqsədilə müsabiqələr təşkil edilir. Həmçinin ADPU-da 2021-ci ildə 3 beynəlxalq, 10 respublika və onlarca universitet səviyyəli elmi konfrans keçirilib.
Şura hesabatı müsbət qiymətləndirib və iclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.
Tehsil-press.az