Milli Məclisdə yeni - Təyinatlar

Milli Məclisdə yeni - Təyinatlar Milli Məclis Aparatında bir sıra kadr islahatları aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Bəhruz oğlu Mahmudov parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Digər sərəncamla, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Şahin Xanbaba oğlu Quliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.
Aparatın Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Ayan Zəfər qızı Murtuzovahəmin şöbənin müdiri vəzifəsinə gətirilib.

Tehsil-press.az


Oxşar xəbərlər