Almaniya şəhərlərinin birində pişiklərin küçəyə çıxarılması qadağan olundu

Almaniya şəhərlərinin birində pişiklərin küçəyə çıxarılması qadağan olundu Almaniyanın cənub-qərbindəki Valdorf şəhərində nadir quşları qorumaq üçün pişiklərin çölə çıxması qadağan edilib.
Səlahiyyətlilər çoxalma mövsümündə nadir kəkilli torağayı qorumaq üçün pişik sahiblərindən avqustun sonuna qədər pişiklərini evdə saxlamağı xahiş ediblər.
Müvafiq qərar yerdə yuva quran və beləliklə də pişiklər üçün asan şikar olan kəkilli torağayı qorumaq üçün nəzərdə tutulub.
Qərar şəhərin cənub hissəsindəki bütün pişiklərə şamil ediləcək və 3 il müddətində təkrarlanacaq.

Tehsil-press.az


Oxşar xəbərlər