Monteneqronun müstəqilliyinin 16-cı ildönümü qeyd olunur.
2006-cı il mayın 21-də keçirilən referendumla müstəqillik əldə edən Monteneqro ötən 16 ildə xüsusilə Avro-Atlantik qurumlara üzvlük prosesində mühüm uğurlara imza atıb. Qərbi Balkan regionunda yerləşən Monteneqro Avropa İttifaqına (Aİ) üzvlük prosesi ilə bağlı danışıqlarda mühüm yol qət edib. 2008-ci il dekabrın 15-də Aİ-yə rəsmi üzvlük müraciətini edən Monteneqro 2010-cu il dekabrın 17-də “namizəd ölkə” statusunu alıb. 2012-ci il iyunun 29-da Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlayan Balkan ölkəsi indiyədək tələb olunan 33 bölmədən 31-ni tamamlayıb. Bu ölkənin ən geci 2025-ci ilədək Aİ-yə üzv olması gözlənilir.
Monteneqro müstəqil olduqdan sonra 2006-cı il dekabrın 14-də NATO ilə ilk rəsmi tərəfdaşlıq sənədini imzalayıb və 2007-ci ildə Brüsseldə NATO nümayəndəliyini açıb. İlk dəfə 2008-ci ildə NATO sammitlərinə qatılan Monteneqro elə həmin ildən etibarən qurumun sülhməramlı missiyalarına əsgər göndərməyə başlayıb və 2017-ci il iyunun 5-də isə onun 29-cu üzvü olub.
Adriatik dənizinin sahilində yerləşən və 620 min əhalisi olan ölkədə etnik baxımdan monteneqrolu və serblər ilk sıradadır, sonrakı yerlərdə bosniyalılar, albanlar, qaraçılar, xorvatlar və digər kiçik etnik qruplar qərarlaşıb. Ölkə əhalisinin 72,07 faizi pravoslav, 19,11 faizi müsəlman, 3,44 faizi isə katoliklərdir.
Tehsil-press.az