
Məruzəçi Altsheymer xəstəliyinin demensiyanın ən geniş yayılmış tipi olduğunu və sinir hüceyrələrinin ölümünə səbəb olan neyrodegenerativ xəstəliklər qrupuna aid edildiyini deyib. Bildirib ki, xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Xəstəliyin tam müalicə üsulu yoxdur, simptomları azaldan və xəstəliyin ağırlaşmasını ləngidən dərman terapiyası istifadə olunur.
Fərid Mahmudzadə son zamanlar Altsheymer xəstəliyinin kök hüceyrə ilə müalicəsi üzərində geniş tədqiqatların aparılması barədə məlumatları tələbələrlə bölüşüb. Məruzəçi xəstəliyin müalicəsində kök hüceyrə terapiyasının ən yaxşı üsul olmasını faktlarla diqqətə çatdırıb. O, müvafiq sahənin daha çox araşdırılmasına ehtiyac duyulduğunu, kök hüceyrə müalicəsinin üstünlükləri ilə yanaşı, bir sıra mənfi tərəflərinin olduğunu da qeyd edib.
Seminarın sonunda məruzəçi tələbələrin suallarını cavablandırıb.
Tehsil-press.az