Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib.
Seminarda Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova “COVID-19 və insanda immun xaosu” mövzusunda çıxış edib. Məruzəçi koronaviruslar haqqında ümumi məlumat verərək insan koronaviruslarının müsbət RNT zəncirli ortaboylu viruslar olduğunu bildirib. O, virusa yoluxmanın mexanizmi və bu zaman orqanizmdə baş verən proseslərdən danışaraq hazırda xəstəliyin müalicəsində istifadə olunan dərman preparatları və müxtəlif vaksinlərdən bəhs edib.

Tehsil-press.az



Oxşar xəbərlər