BDU-nun Biologiya fakültəsində növbəti elmi seminar

BDU-nun Biologiya fakültəsində növbəti elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin “Biomühəndislik” elmi-tədqiqat laboratoriyasında “Chlorella: metabolizmin məqsədyönlü idarə edilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
“Biomühəndislik” elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, doktorant Günel Mehdiyeva “Chlorella vulgaris mikroyosun hüceyrələrində müxtəlif birləşmələrin depolanması məqsədilə metabolizmin idarəsi metodları” mövzusunda çıxış edib. Çıxışda bu hüceyrə kulturasından əldə edilə biləcək birləşmələrdən və onların sənayenin müxtəlif sahələrində praktik əhəmiyyətindən bəhs olunub.
Seminarda dünya üzrə perspektivi olan sənaye əhəmiyyətinə malik “Algo-Refinery” konsepsiyasına dair müzakirə aparılıb.
Tədbirdə Biologiya fakültəsinin professor-müəllim heyəti, doktorant və magistrlər iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər