BDU aliminin həmmüəllifi olduğu məqalə Bentham nəşriyyatında çap olunmuş kitaba daxil edilib

BDU aliminin həmmüəllifi olduğu məqalə Bentham nəşriyyatında çap olunmuş kitaba daxil edilib Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Altsheymer xəstəliyində ortaya çıxan nanoterapevtik strategiyalar” (Emerging Nanotherapeutic Strategies in Alzheimer’s Disease) məqaləsi Bentham nəşriyyatının “Frontiers in Clinical Drug Research” adlı kitabında yer alıb.
Məqalədə neyrodegenerativ xəstəliklərin müalicəsində nanotexnologiyanın tətbiqindən bəhs edilir. Belə ki, son onillikdə Altsheymer xəstəliyinin diaqnoz və müalicəsində nanotexnologiyanın müxtəlif metodları, habelə dərmanların hədəfə çatdırılması geniş tətbiq edilir.
Qeyd olunan elmi nəşrdə bu istiqamətdə alınmış mühüm nəticələr işıqlandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər