AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında Akademiya üçün ayrılmış xüsusi pavilyona baxış keçirib

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında Akademiya üçün ayrılmış xüsusi pavilyona baxış keçirib Bakı Kristal Zalında AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisə və təşkilatlarının “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakına hazırlıq işləri ilə bağlı müşavirə keçirilib.
Müşavirədə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA İşlər İdarəsinin müdiri, professor Elton Məmmədov, sərgidə iştirakı nəzərdə tutulan elmi müəssisə və təşkilatların rəhbərləri, texnoloji innovativ məhsulların müəllifləri, eləcə də AMEA Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin nümayəndələri iştirak ediblər.
AMEA rəhbərliyi festival çərçivəsində keçiriləcək sərgidə Akademiya üçün ayrılmış xüsusi pavilyona baxış keçiriblər, onlara sərgiyə hazırlıqla bağlı görülmüş işlər haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, “Teknofest Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın iştirakı ilə bağlı tədbirlər planına uyğun hazırlıq işləri tamamlanmaq üzrədir. Sərgiyə hazırlıq çərçivəsində festivalın məsul qurumları və şəxsləri ilə fəal şəkildə əlaqələr qurulmuş, AMEA-nın sərgidə iştirakı ilə bağlı maddi-texniki və digər tələblər yerinə yetirilmiş, Akademiyanın pavilyonunun elektrik təchizatı sxemi və ümumi konsepsiyasının hazırlanması istiqamətində işlər yekunlaşdırılmışdır.
Məlumat verilib ki, sərgidə AMEA tərəfindən həm fiziki məhsullar, həm də monitorlar vasitəsilə layihələr virtual nümayiş olunacaq. Qeyd olunub ki, sərgi günlərində AMEA üçün ayrılmış xüsusi pavilyonda Akademiyanın “Teknofest Azərbaycan” tərəfindən yaradılmış xüsusi sistemdə qeydiyyatdan keçmiş məsul şəxslərindən ibarət heyəti iştirak edəcək.
Tədbirlər Planı üzrə icra vəziyyəti monitorinq olunub və rəhbərlik tərəfindən müxtəlif tövsiyə və təkliflər irəli sürülüb.

Tehsil-press.az



Oxşar xəbərlər