UNEC-də “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimat mərasimi keçiriləcək

UNEC-də “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimat mərasimi keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimat mərasimi keçiriləcək.
Kitabda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilmiş yüzdən artıq alban memarlıq abidələri ilə bağlı tarixi-etnoqrafik, arxeoloji, memarlıq materialları yer alıb.
Kitabın ərsəyə gətirilməsində məqsəd Azərbaycan tarixinin ən qədim mərhələlərindən biri olan alban-xristian irsi və onun ən zəngin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin tarixi keçmişi və bugünkü vəziyyəti barədə məlumatları, onların saxtalaşdırılması faktlarını geniş oxucu kütləsinə çatdırmaqdır.
Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Multikulturalizm Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbir çərçivəsində multikulturalizmə həsr olunmuş kitab və eksponatlardan ibarət sərgi də nümayiş etdiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər