Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrası və BDU-nun Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Qarabağın alban-qıpçaq abidələri” mövzusunda elmi seminar keçirilib.
Professor və müəllimlərin, magistrantların, doktorantların iştirak etdikləri tədbirdə fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova Qarabağın alban-qıpçaq abidələri ilə bağlı son elmi araşdırmaların əhəmiyyəti haqqında məlumat verib.
Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov “Qarabağın alban-qıpçaq abidələri” mövzusunda məruzə edib. Bildirilib ki, müxtəlif dövrlərdə albanşünaslıq sahəsində aparılmış bəzi tədqiqatlarda məqsədyönlü şəkildə ciddi saxtakarlıqlara yol verilib və bu istiqamətdə yazılan əsərlərin bir çoxu tarixi gerçəkliyi əks etdirmir. Tarixi mənbələrin heç birində qədim Albaniya dövlətinin adının qarşısında “Qafqaz” sözü olmadığı halda, həm Rusiya imperiyası, həm də SSRİ dövründə tarixşünaslıqda qəsdən bu dövlətin adının Qafqaz Albaniyası olaraq təqdim edilməsinə başlanılıb. Digər mühüm məsələ Albaniya tarixi ilə bağlı araşdırmalarda “xristiandırsa, türk deyil” prinsipinin əsas tutulması olub. Bu yanlış məntiq min ildən artıq mövcud olan Albaniya dövlətinin tarixi ilə bağlı həqiqətin üzə çıxarılmasına mane olub. Xüsusilə bu cür saxtakarlıqlara Qarabağ ərazisində mövcud olmuş Gəncəsər monastrı, Xudavəng monastır kompleksi, Ağoğlan məbədi və s. alban-xristian abidələrinə qarşı münasibətdə yol verilib.
Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşı Elnur Nəciyevin “Qarabağın alban-qıpçaq tarixinə dair”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Güntəkin Nəcəflinin “Azərbaycan alban-xristian irsinin saxtalaşdırılmasına qarşı dəyərli tədqiqat” mövzusunda məruzələri dinlənilib.
Qeyd edək ki, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi layihə əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Tarixçiləri İctimai Birliyinin dəstəyi ilə Ramin Əlizadə və Elnur Nəciyevin müəllifi olduğu “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitab nəşr olunub (həmin əsərə ön sözü akademik Yaqub Mahmudov yazıb).
“Qarabağın alban-qıpçaq tarixinə dair” kitabı iştirakçılara hədiyyə olunub.
Seminar 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilib.
Tehsil-press.az