Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Layihələrin idarə edilməsi üzrə vacib bacarıqlar” mövzusunda təlimlər başa çatıb.
Layihələrin idarə edilməsi assosiasiyası (AzPMA) tərəfindən təşkil olunan tədbirə universitetin bir qrup əməkdaşı qatılıb. Təlimlər layihələrin idarə olunması üzrə ekspert Rəşad İbrahimov tərəfindən aparılıb. R.İbrahimov təlimlərdə layihələrin idarə edilməsi və IPMA standartlarına, o cümlədən “Waterfall”, “Agile”, “Scrum” və digər metodologiyalardan istifadə qaydalarına münasibət bildirib. Eyni zamanda, risklər, kommunikasiyalar, satınalmalar və keyfiyyətin idarə edilməsini şərtləndirən digər məsələlər diqqətdə saxlanılıb.
Təlimlərin sonunda ATMU-nun 10 əməkdaşına AzPMA-nın sertifikatı təqdim edilib.
Tehsil-press.az