Turizm və Menecment Universitetində “Tədqiqat üfüqlərinizi genişləndirin” layihəsinin təqdimatı olub

Turizm və Menecment Universitetində “Tədqiqat üfüqlərinizi genişləndirin” layihəsinin təqdimatı olub Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dövlət Turizm Agentliyinin (DTA) Statistika və Araşdırma sektorunun müdiri Nicat Abbaslının təqdimatında “Mövcud statistik məlumatlardan istifadə” mövzusunda tanıtım - sessiya keçirilib.
ATMU, DTA və Azərbaycan Turizm Bürosunun birgə layihəsi çərçivəsində gerçəkləşən tədbir zamanı turizm statistikasının təhlili, proqnozlaşdırılması və mövcud hesabatlardan istifadə qaydaları müzakirə olunub.
N.Abbaslının statistik məlumatların əldə olunması ilə bağlı tövsiyələri ATMU-da müvafiq fənləri tədris edən müəllimlər, eyni zamanda, ixtisas tələbələri tərəfindən maraqla qarşılanıb.
“Tədqiqat üfüqlərinizi genişləndirin” layihəsi çərçivəsindəki tədbir fikir mübadiləsi şəraitində başa çatıb.
Nicat Abbaslı görüşün sonunda statistik məlumatların əldə edilməsində DTA rəhbərliyi tərəfindən yaradılan imkanlardan məmnunluğunu bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər