Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə gənc məzun və tələbələrin şəxsi inkişafını hədəfləyən “Business Talks” layihəsi çərçivəsində keçirilən onlayn tədbirlər davam edir.
Layihə çərçivəsində biznes mühitində inkişaf və müxtəlif istiqamətli yeni tələblər, o cümlədən müasir dövr və pandemiya şəraitində biznes və onun inkişaf perspektivləri əsas təlim mövzuları olaraq müəyyənləşdirilib. Müasir biznesdə zəruri olan bilik və bacarıqların gənclərin diqqətinə çatdırılması, müxtəlif mövzularda biznes layihələri haqqında müəyyən edilmiş ardıcıllıqla informativ təlimlərin keçirilməsi nəzərdə tutulub. Gənclərin pandemiya dövründə asudə vaxtlarını daha səmərəli keçirmələrinə yönəlmiş həmin silsilə onlayn tədbirlər çərçivəsində “Biznes layihələrinin idarə olunması və digitallaşma”, “IV sənaye inqilabı dövründə emosional intellektin əhəmiyyəti”, “Biznes mühitində fərdi inkişaf və karyera”, “Biznesə başlamaq üçün hüquqi addımlar” mövzularında təlimlər təşkil olunub.
Təqdimatçılar BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, layihələrin idarə edilməsi üzrə (PMP) beynəlxalq təlimçi Anar İmamverdiyev, biznes kouç və təlimçi Elçin Əzimli və “Legalaid” hüquq şirkətində təsisçi və icraçı direktor Sona Səlimli-Ələsgərova olublar.
Qeyd edək ki, “Business Talks" layihəsinin növbəti tədbiri aprelin 30-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası (ASK) baş katib əvəzi vəzifəsini icra edən Kristina Məmmədovanın təqdimatında “Dövlət-özəl sektor dialoqu və tərəfdaşlığı” mövzusunda olacaq.
Tehsil-press.az