Təhsil naziri Emin Əmrullayev iyunun 24-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinlər, eyni zamanda, qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri mayın 27-dən iyunun 10-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcək. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
Tehsil-press.az