BSU-nun tələbələri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yay təcrübə proqramı ilə tanış olublar

BSU-nun tələbələri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yay təcrübə proqramı ilə tanış olublar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüşüblər.
Mətbuat və informasiya mərkəzinin müdiri Zeynəb Kazımova görüşün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yay təcrübə proqramı ilə tanışlıq məqsədilə keçirildiyini diqqətə çatdırıb. O, tələbələr üçün yaradılan bu imkanın iki qurum arasında əlaqələri inkişaf etdirəcəyinə və əməkdaşlığın davamlı olacağına əminliyini bildirib.
Tərcümə fakültəsinin dekanı dosent Nurlana Nağıyeva görüşün tələbələrin karyera qurmasında böyük rolu olacağına inamını ifadə edib.
Sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin müdiri Emil Məmmədov İçərişəhərin tarixi, buradakı abidələr barədə məlumat verib. Həmçinin qoruqda yerləşən mərkəzlərdən, onların fəaliyyət istiqamətlərindən, qarşısında duran məqsədlərdən danışıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyəti sədrinin insan resursları üzrə müşaviri Vüsalə Abbasova isə yay təcrübə proqramının mahiyyəti barədə təqdimatla çıxış edib, tələbələr üçün yaradılan imkanlardan söz açıb.
Sonda qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər