Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumun iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.
Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı qonaqlara tarixi heykəltəraşlıq binaları, meydan və Qala divarları barədə məlumat verilib. Qonaqlar Sıratağlı Dini-Memarlıq Kompleksi (“Bazar Meydanı”) ərazisində müxtəlif dövrlərə aid bədii daşyonma sənəti nümunələrini müşahidə ediblər. Karvansara ilə tanışlıq zamanı bu abidələrin Azərbaycanın Şərq ölkələri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrinin göstəricisi olduğu bildirilib.
Simpozium iştirakçıları İçərişəhərdə 1169-cu ildə Nəcəf Аşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur məscidini və Cümə məscidini ziyarət ediblər. Bildirilib ki, Cümə məscidinin XV əsrə aid olan, Abşeron əhəng daşından tikilmiş minarəsi 2016-cı ildə bərpa və konservasiya edilib.
Qonaqların diqqətinə çatdırılıb ki, İçərişəhərin dini mədəniyyətini əks etdirən tarixi-memarlıq abidələri vaxtilə xalqın ictimai-sosial inkişafına təsir göstərib. Belə ki, Orta əsrlərdə elm və təhsil sisteminin inkişafında məscidlər mühüm rol oynayıb. Ərazidə yerləşən dini abidələr memarlıq quruluşuna görə fərqlənir.
Sonda Simpozium iştirakçıları “Qız qalası”nın önündə xatirə şəkli çəkdiriblər.

Aİİ-nin Mətbuat Xidməti