Kolumbiyada prezident seçkiləri keçirilir

Kolumbiyada prezident seçkiləri keçirilir Bu gün Kolumbiyada 2021-ci ilin sosial etirazlar fonunda prezident seçkiləri keçirilir.
Hazırkı dövlət başçısı İvan Duke seçkilərdə iştirak edə bilməz, çünki respublika prezidenti yenidən seçilmək hüququ olmadan dörd il müddətinə seçilir. Səsvermə nəticəsində namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, seçkilərin ikinci turu iyunun 19-da keçiriləcək.
Bu gün 39 milyondan çox kolumbiyalı dörd namizəd arasında 2022-2026-cı illər üçün prezident seçir.
Milli Konsaltinq Mərkəzinin mayın 19-da dərc etdiyi sorğunun nəticələrinə görə, iqtisadiyyat, korrupsiya, vətəndaşların təhlükəsizliyi və işsizlik vətəndaşları narahat edən dörd əsas problemdir.
Milli Statistika Departamentinin məlumatına əsasən, 2020-ci ildə yoxsulluq səviyyəsi 42,5 faiz təşkil edib ki, bu da 21,2 milyon insan deməkdir. Seçki Müşahidə Missiyası üçün bu seçkilər son on ilin ən şiddətli seçkisidir və ölkənin bələdiyyələrinin üçdəbiri (375) seçki prosesinə təsir edən zorakılıq aktları ilə üzləşə bilərlər. Hökumət seçki məntəqələrini mühafizə etmək üçün 221 min hərbçi ayırıb, daha 80 min əsgər isə əlavə olaraq gözləmə rejimindədir.

Tehsil-press.az


Oxşar xəbərlər