AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb

AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin II və III yeri tutan komandalarının mükafatlandırılma mərasimi olub. Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları da “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb.
Universitetin "TwoDice Sabah" komandası “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında ikinci, "Hi-Tech" komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında üçüncü yeri tutub.
AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandası isə “Robotexnika” müsabiqəsinin A kateqoriyasında ikinci yerə layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər