AzTU-nun komandası qaliblər arasındadır

AzTU-nun komandası qaliblər arasındadır Qafqaz Universitetində keçirilən 41-ci “ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin final mərhələsində Azərbaycan Texniki Universitetinin baş müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə Universitetin 5 komandası iştirak edib. Komandalarımız
arasından AzTU1 (Təbriz Hacıyev, Elmi Əhmədov, Araz Məhərrəmov) komandası finalda uğurla çıxış edərək 12 universitetin 47 komandası arasında 3-cü dərəcəli diploma layiq görülüb. Eyni zamanda AzTU1komandası Gürcüstan Respublikasının Tbilisi şəhərində (Georgian Technical University) keçiriləcək növbəti yarımfinal mərhələsinə və Cənubi Qafqaz Açıq Çempionatına vəsiqə qazanıb.
Müsabiqə iştirakçılarını təbrik edirik, onlara gələcək mərhələlərdə uğurlar arzulayırıq.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər