ADNSU-da keçirilən intellektual yarışın qalibləri mükafatlandırılıb

ADNSU-da keçirilən intellektual yarışın qalibləri mükafatlandırılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Breyn rinq” intellektual yarışı keçirilib.
Yarışda bu ali məktəbin 7 fakültəsi, eləcə də BBA, ZU proqramları, “SABAH” qrupları və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) komandaları iştirak edib.
İntellektual yarışda İqtisadiyyat və Menecment komandası qalib adını qazanıb. Universitetin “SABAH” qruplarının komandası II, Azərbaycan-Fransız Universitetinin komandası III yeri tutub.
Qaliblərə mükafat və kubok təqdim olunub.

ADNSU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər