Oktyabrın 16-da Milli Aviasiya Akademiyasında "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqənin qalibi Milli Aviasiya Akademiyasının "Envi_Sat" komandası olub. İkinci yerin qalibi Bakı Ali Neft Məktəbinin "Interstellar", üçüncü yeri isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının "MS_U_FO" və Bakı Mühəndislik Universitetinin "Rodimus" komandaları bölüşüb.
Tədbir iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanan peyk modellərinin sərgisi ilə tanış olub. Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev, Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın həmsədri, Milli Aviasiya Akademiyasının aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, akademik Roald Saqdeyev, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev iştirak edir.

Mətbuat Xidməti