Texniki Universitetin əməkdaşlarının XI sinif şagirdləri ilə görüşləri davam edir

Texniki Universitetin əməkdaşlarının XI sinif şagirdləri ilə görüşləri davam edir Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə görüşləri davam edir.
Əməkdaşlar Quba, Qusar rayonları, Bakının Səbail rayonunun 163, Qaradağ rayonunun 110 nömrəli tam orta məktəblərində təhsil alan XI sinif şagirdləri ilə əyani, Göyçay, Şabran, Qobustan, Siyəzən, Ağsu, Oğuz, Kürdəmir və Xızı rayonları məktəbliləri ilə onlayn formada görüş keçiriblər. Görüşlərdə şagirdlər, onların valideynləri və müəllimlərlə yanaşı, regional təhsil idarələrinin və məktəblərin rəhbərlikləri iştirak edib.
Görüşlərdə əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra AzTU əməkdaşları universitetdə görülən işlər və yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb.
Məktəb direktorları və müəllimlər AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər.
Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.
AzTU əməkdaşlarının XI sınıf şagirdləri ilə görüşləri mütəmadi olaraq davam etdiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər