Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) paytaxt məktəbliləri üçün “açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə Bakının 2 və 16 nömrəli texniki-humanitar liseylərinin, 5, 53 və 225 nömrəli tam orta məktəblərinin XI sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Görüşdə AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov universitetin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, universitetdə texniki ali təhsilin bütün istiqamətlərində elmi potensial yaradılıb və kadr hazırlığı həyata keçirilir.
X.Yahudov sənayemizdə mühəndis kadrlara böyük ehtiyac olduğunu bildirib, məktəbliləri texniki ixtisaslara üstünlük verməyə çağırıb.
Sonra məktəblilər universitetin laboratoriyaları, elmi-tədqiqat mərkəzləri, kompüterləşdirilmiş imtahan mərkəzləri, kitabxana, müxtəlif auditoriyalarla tanış olublar.
Əsasən I və II ixtisas qrupları üzrə ali məktəbə hazırlaşan məktəblilərin iştirak etdikləri “Açıq qapı” günündə bəzi tədqiqat işləri, həmçinin avadanlıqların işə salınması onların iştirakı ilə həyata keçirilib.
Universitetlə tanışlıqdan sonra məktəblilər və müəllimlər AzTU haqqında təəssüratlarını bölüşüblər.
Sonda universitetin tələbələri məktəblilər üçün konsert proqramı təşkil ediblər.

Kəmalə Rəhimli