“AzTU-da bir gün” infoturu davam edir

“AzTU-da bir gün” infoturu davam edir Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” infoturu davam edir.
İnfoturda məqsəd ali texniki təhsilə marağı gücləndirməkdir.
İnfotur çərçivəsində universitetin növbəti qonaqları Bakının 18 və 191 nömrəli tam orta məktəblərinin şagirdləri olub.
Qeyd edək ki, ilin əvvəlindən başlayan ekskursiyalarda daha əvvəl 12 nömrəli orta məktəbin şagirdləri, Bakı Texniki Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər