Azərbaycan Texniki Universiteti abituriyentlərlə onlayn görüş keçirib

Azərbaycan Texniki Universiteti abituriyentlərlə onlayn görüş keçirib Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin təşkilatçılığı ilə I və II ixtisas qruplarını seçən abituriyentlərlə onlayn görüş keçirilib.
Görüşdə Bakının 275, 302, 328, 18, 165 nömrəli orta məktəblərinin və akademik Zərifə Əliyeva adına Liseyin builki məzunları iştirak ediblər.
Abituriyentlərə AzTU-nun fakültələri və ixtisasları, təhsil və karyera imkanları, tələbələrin sosial həyatı barədə məlumat verilib. İki saat davam edən görüşdə ötən ilin ixtisaslar üzrə keçid balları, düzgün ixtisas seçimi ilə bağlı suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər