AzTU əməkdaşlarının abituriyentlərlə görüşlərinə start verilib

AzTU əməkdaşlarının abituriyentlərlə görüşlərinə start verilib Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə respublikanın şəhər və rayon məktəblərində görüşlərə başlayıb.
İlk görüşlər Gədəbəy, Samux, Daşkəsən, Ağstafa rayonları və Naftalan şəhəri məktəbliləri üçün onlayn formatda keçirilib.
Görüşlərdə AzTU-nun müvafiq strukturlarının əməkdaşları, həmçinin 300-dək XI sinif şagirdi, onların valideynləri və müəllimləri iştirak edib.
AzTU-da tədrisin keyfiyyəti, fakültələr, ixtisaslar, karyera imkanları, xaricdə təhsil, ikili diplom proqramları haqqında şagirdlərə ətraflı məlumat verilib.
Sonda məktəblilərin sualları cavablandırılıb.
Qeyd edək ki, Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşlər mütəmadi olaraq davam etdiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər