Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən icra edilən “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən təlimlər başa çatıb.
Təlimlərin əsas məqsədi AzTU-nun akademik və inzibati heyətinin elmi-tədqiqat potensialının artırılması olub. Təlimlər elmi məqalə yazılması qaydaları, elmi işlərin yazılmasında modern yanaşmalar, tədqiqat metodları, beynəlxalq indeksli jurnallarda məqalənin nəşr edilməsi qaydaları kimi mövzuları əhatə edib.
Təlimçi qismində institutun Təhsildə strateji tədqiqatlar şöbəsinin əməkdaşları Könül Abaslı, Leyla Sultanlı, Heydar Rzayev və Xəzər Universitetinin əməkdaşı Cavid Cəfərov iştirak ediblər.
Yekunda 20 nəfər təlimlərdə uğurlu iştirakına görə sertifikat qazanıb.
Tehsil-press.az