AzTU-nun prorektoru Qazi Universitetində mühazirə oxuyub

AzTU-nun prorektoru Qazi Universitetində mühazirə oxuyub Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Sübhan Namazov Türkiyənin Qazi Universitetinin Metallurgiya və materiallar texnologiyası kafedrasının professor-müəllim heyəti və tələbələri üçün “Bişirilmiş ovuntu kompozisiya materialları: alınması, strukturu, xassələri və tətbiqi” mövzusunda mühazirə oxuyub.
Sübhan Namazov, həmçinin Qazi Universitetinin rektoru professor Musa Yıldız, universitetin prorektorları, dekanları, bölmə rəhbərləri ilə işgüzar görüşlər keçirib. Görüşlər zamanı AzTU-nun qalib olduğu ”AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi barədə məlumat verilib. Layihə çərçivəsində AzTU-nun bir qrup müəlliminin təlim keçməsi üçün Ankaraya ezam olunması, həmçinin Qazi Universitetinin professorlarının AzTU-ya dəvət olunması ilə bağlı razılıq əldə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər