Ali Attestasiya Komissiyası: 17 elm sahəsi üzrə iddiaçılara diplom və attestatlar təqdim olunub

Ali Attestasiya Komissiyası: 17 elm sahəsi üzrə iddiaçılara diplom və attestatlar təqdim olunub Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 17 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 67 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
İqtisad, texnika, aqrar elmlər, pedaqogika və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 28 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub. Coğrafiya və biologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 2 iddiaçı elmlər doktoru diplomu alıb. İran İslam Respublikası Texnologiya, Tədqiqat və Elm (Təhsil) Nazirliyinin Beynəlxalq Əl-Mustafa Universitetində fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
Tibb elmləri sahəsində 7, pedaqogika sahəsində 4, sənətşünaslıq sahəsində 3, texnika elmləri sahəsində 1, riyaziyyat sahəsində 1, coğrafiya sahəsində 1, filologiya elmləri sahəsində isə 20 iddiaçıya dosent attestatları təqdim edilib. İqtisad, kimya, filologiya elmləri sahələrinin hər biri üzrə 1 iddiaçıya professor attestatları verilib.

Tehsil-press.az


Oxşar xəbərlər