Ali Attestasiya Komissiyası: 10 elm sahəsi üzrə iddiaçılara diplom və attestatlar təqdim olunub

Ali Attestasiya Komissiyası: 10 elm sahəsi üzrə iddiaçılara diplom və attestatlar təqdim olunub Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 10 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 24 iddiaçıya diplom və attestatlar təqdim edilib.
Fizika, texnika, iqtisad elmləri, filologiya, hüquq, tibb elmləri, siyasi və aqrar elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 14 iddiaçıya fəlsəfə doktoru diplomları, filologiya, texnika və tibb elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.
Filologiya elmləri sahəsində Azərbaycan dili və dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasları üzrə 2 iddiaçı, biologiya elmləri sahəsində biofizika ixtisası üzrə 2 iddiaçı, aqrar elmlər sahəsində bitkiçilik və xüsusi zootexnika, heyvandarlıq məhsullarının istehsalı texnologiyası ixtisasları üzrə 2 iddiaçı və pedaqogika sahəsində ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə 1 iddiaçı dosent attestatı alıb.

Tehsil-press.az


Oxşar xəbərlər