15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyan “Heydər zirvəsi”nə yürüş ediblər.
Universitetin əməkdaşları Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəni fəth ediblər.
AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov Azərbaycan bayrağını “Heydər zirvəsi”ndə dalğalandırıblar. Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq, zirvəyə qalxan əməkdaşlar Ulu Öndərin barelyefi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tehsil-press.az