Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Sara Xanlarova qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev xalqımızın dahi oğludur. Daim doğma Vətəni və milləti üçün çalışmış ulu öndər Heydər Əliyevə ümumxalq sevgisi və məhəbbəti sonsuzdur, tükənməzdir.
Ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışan direktor vurğulayıb ki, Ulu Öndər yalnız müasir Azərbaycan dövlətini yaradıb-qurmadı, həm də onu sürətli inkişaf yoluna çıxardı, beynəlxalq aləmdə tanıtdı, nüfuzunu yüksəltdi.
Dahi rəhbər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini deyən S.Xanlarova ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin gündən–günə inkişaf etdiyini söyləyib.
Direktor xatırladıb ki, 2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə 132-134 nömrəli Təhsil Kompleksi əsaslı şəkildə yenidən qurulub və təmir olunub.
Heydər Əliyev zirvəsinin əzəmətini vurğulayan S.Xanlarova bu zirvənin daim dünyanın hər yerindən görünəcəyini bildirib.
Tədbirdə şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.
Tehsil-press.az