Təhsil Nazirliyi: Bu il onbirinci sinfi 80 mindən çox şagird bitirir

Təhsil Nazirliyi: Bu il onbirinci sinfi 80 mindən çox şagird bitirir 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 min 815, XI siniflərini 80 min 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.
Bu barədə məlumat Tehsil-press.az-a Təhsil Nazirliyindən verilib. Bildirilib ki, bu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 min 993, XI siniflərini 19 min 786 nəfər bitirəcək.
Respublika üzrə 2 min 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 min 200 məktəbəhazırlıq qrupunu 97 min 918 nəfər başa vuracaq.
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 min 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 min 542-si qız, 86 min 692-si isə oğlandır.

Tehsil-press.az

Oxşar xəbərlər