Ermənistanın Araqatsotn vilayətində ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin qohumları Baş nazir Nikol Paşinyanı təhqir edən bir qrup gənci güllələyib.
İnsident Niqavan kəndində baş verib.
Belə ki, “Vətəndaş müqaviləsi” partiyasından Araqatsotn vilayətinin qubernatorunun müavini Eqdar Parvanyan və deputat Matevos Asatryanın qohumları bir qrup gənclə mübahisə edib. Daha sonradan sözügedən şəxslər “Kalaşnikov” tipli avtomatdan gəncləri atəşə tutub.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
***
Ermənistan polisi insidentin siyasi kontekstdə baş verməsini təkzib edib və atışmanın məişət məsələləri səbəbindən baş verdiyini qeyd edib.
Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir. Həmçinin yaralılardan birinin də dünyasını dəyişdiyi və ölənlərin sayının 2-ə çatdığı qeyd olunur. Bu barədə məlumat isə hələ ki rəsmi olaraq təsdiqini tapmayıb.
Tehsil-press.az