Bu gün Azərbaycana yay fəsli daxil olur

Bu gün Azərbaycana yay fəsli daxil olur Bu gün Azərbaycana yay fəsli daxil olur.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, yay fəsli (yay günəş duruşu) iyunun 21-i saat 13:13-də ölkəmizə daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər