Pedaqoji təhsili olmayan mütəxəssislər üçün təlimlərə start verilib

Pedaqoji təhsili olmayan mütəxəssislər üçün təlimlərə start verilib Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumtəhsil fənlərinin tədrisi üzrə məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik müəllimlər üçün onlayn təlimlərin keçirilməsinə başlanılıb.
Həmin müəllimlər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya, informatika, musiqi, təsviri incəsənət və təlim strategiyaları ilə bağlı müvafiq təlimlərə cəlb olunublar. Bu şəxslər 2021/2022-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək ümumi təhsil müəssisələrinə ixtisasları üzrə müəllim təyin olunublar.
Təlimlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər